Tikinti qadağası: Bu ərazilərdə evlər sənədləşdirilmir
Özbaşına tikintilərin qarşısının alınması məqsədilə qanunvericilikdə müəyyən edilmiş ərazilərdə tikinti qadağaları tətbiq edilir. Bu ərazilərə kənd təsərrüfatı təyinatlı torpaqlar, meşə fondu torpaqları, su fondu torpaqları və xüsusi qorunan ərazilər daxildir. Bu ərazilərdə tikinti aparılması qanunla qadağan olunub.
Minval.info xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bu barədə açıqlama verib. O bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş müəyyən tikintilər və qurğular inşa oluna bilər. Lakin bu tikintilər üçün torpağın həcmi 5 hektardan az olmamalıdır və tikinti sahəsi bu ərazinin 1 faizindən artıq olmamalıdır.
Bundan əlavə, mühəndis kommunikasiya infrastrukturu obyektlərinin altında və onların mühafizə zolaqlarında yerləşən torpaqlarda da tikinti qadağandır. Bu ərazilərə kollektorlar, su və kanalizasiya xətləri, yüksək gərginlikli elektrik xətləri, rabitə xətləri, neft və qaz borularının yerləşdiyi ərazilər daxildir. Bu obyektlərin yaxınlığında tikinti aparılması insan həyatı və sağlamlığı üçün təhlükə yarada bilər. Bu səbəbdən, həmin ərazilərdə tikinti və onların sənədləşdirilməsi mümkün deyil.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib