Tiflisdə Mixail Saakaşvilinin əleyhinə kütləvi aksiya keçirilib
Tiflisdə Azadlıq meydanında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının əleyhinə kütləvi aksiya keçirilir.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, “Nasizmə yox” hərəkatının təşkil etdiyi aksiyaya minlərlə iştirakçı qatılıb.
“Mişaya yox!”, “Milli hərəkatçılara yox!”, “Gürcüstanı qoruyaq!” şüarlarının səsləndirildiyi aksiyaya “Vətənpərvərlər Alyansı” Partiyası da dəstək verib.
Partiyanın liderlərindən biri İrma İnaşvili çıxış edərək aksiya iştirakçılarının ölkənin keçmişə qaytarılmasına etiraz etdiklərini bildirib:
“Biz terrorizm, zorakılıq və kasıblıq dövrünə qayıtmaq istəmirik. Prezident seçkilərinin ikinci turunda biz Salome Zurabişvilini dəstəkləməliyik, çünki ölkənin başqa seçimi yoxdur. Qriqol Vaşadzeni dəstəkləmək keçmişə qayıtmaq deməkdir”.
Kütləvi aksiyaya Rustavi şəhərində eyni şüarlarla yürüş keçirən etirazçılar da qoşulub.
Bundan əvvəl də Tiflisdə Mixail Saakaşvilinin əleyhinə kütləvi aksiya keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiya İstanbul danışıqlarında İŞTİRAK EDƏCƏK?