Teymur Abdullayevə “Azərenerji”də vəzifə verildi
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Yəhya Babanlı vəzifəsindən çıxarılıb.
Minval.info xəbər verir ki, bununla bağlı əmr imzalanıb. Y.Babanlının yerinə isə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin keçmiş rəis müavini Teymur Abdullayev təyin edilib.
Y.Babanlı məlumatı təkzib etməyib.
Modern.az xatırladır ki, Teymur Abdullayev əvvəllər “Şərq”, “Hürriyyət”, “P.S” və digər qəzetlərdə işləyib.
O, 2009-cu ildən 2013-cü ilin noyabrınadək Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb və mayor rütbəsinədək yüksəlib.
Daha sonra – 2013-cü ilin sonlarında İctimai Televiziyada İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri – mətbuat xidmətinin rəhbəri vəzifəsinə gətirilmişdi. O, bir müddət İTV-də işlədikdən sonra buradakı vəzifəsindən azad edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir