Ter ştegen barselonadan ayaksa transfer olunur
Barselona klubunun qapıçısı Mark-Andre ter Ştegenin karyerasını Niderlandın Ayaks klubunda davam etdirməsi gözlənilir.
Minval.info xəbər verir ki, təcrübəli qapıçının yaxın günlərdə Ayaksın oyunçusu kimi təqdim olunacağı planlaşdırılır.
Məşhur insayder Fabrizio Romanonun məlumatına görə, alman qapıçının iyulun 31-də Niderlanda yola düşməsi nəzərdə tutulub. O, avqustun 1-də tibbi müayinədən keçəcək və bundan sonra Ayaksla rəsmi müqavilə imzalayacaq.
ƏLAQƏLİ
Türkiyədə milyard dollarlıq fond qalmaqalında "cinayətkar şəbəkə" aşkarlanıb
Əvvəllər tərəflər arasında danışıqların çətinliklərlə üzləşdiyi və transferin baş tutmaya biləcəyi barədə xəbərlər yayılmışdı. Xüsusilə, Barselona ilə Ayaks arasında ter Ştegenin maaşının ödənilməsi ilə bağlı fikir ayrılığı yaranmışdı ki, bu da transfer prosesini çətinləşdirirdi.
Lakin son məlumatlara əsasən, tərəflər razılığa gəlib və transferin rəsmiləşdirilməsi üçün son prosedurlar həyata keçirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə milyard dollarlıq fond qalmaqalında "cinayətkar şəbəkə" aşkarlanıb
İranda hərbi gərginlik: Azərbaycanda ərzaq bahalaşa bilər
Türkiyə 2027-ci il strategiyasında 13 turkorn yaratmağı hədəfləyir
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - Dəmir yolu qiymətləri dəyişəcək
Pensiya alanların diqqətinə: Gələn il artımlar necə hesablanacaq
Türkiyədə fond qalmaqalı: "Dünya" qəzetinin sahibi saxlanıldı
Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdi