Teleqüllənin yeri dəyişdiriləcək?
“Bayıl yamacındakı sürüşmə ilə əlaqədar Teleqüllənin yerinin dəyişdirilməsi ehtimalı yoxdur”.
Minval.İnfo xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, Teleqüllənin inşa olunduğu yer tamamilə başqa strukturun üzərindədir: “Həmin ərazidə Teleqüllə üçün heç bir qorxu yoxdur. O monolit əhəng daşlarının üzərində inşa olunub. Lazımi qaydada layihələşdirilib, tikilib. Heç bir qorxu yoxdur”.
Qeyd edək ki, yanvar ayının 24-də Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında) sürüşmə hadisəsi qeydə alınıb. Mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib. Sürüşmə zonasından 80 ailə, yəni 390 nəfər çıxarılıb. Onlara bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib