Telefonunuza bu proqramları YAZMAYIN! - Diqqətli olaq
Sosial şəbəkələrdə reklam olunan, yaxud “Play merket”-də qarşımıza çıxan hər hansı bir tədbiqi yükləyərkən ikinci dəfə fikirləşmək lazımdır. Çünki həmin proqramlarda virus ola bilər.
İKT Mərkəzinin direktoru Fərid Kazımov bununla bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, qlobal olaraq İOS sistemlər üçün hazırlanan proqramlar daha təhlükəsiz olur:
Məsləhət görürəm ki, hər hansı bir tədbiqi telefona yazan zaman onun istehsakçısına nəzər yetirmək lazımdır. Məsələn, “Google” kimi böyük bir şirkətin hazırladığı proqramda virus ola bilməz. Çünki bu, şirkətin imicinə hazırlanmış təhlükəsiz bir proqramdır. Yaxud, 100 mindən çox yazılan tədbiqlər var. Onları da təhlükəsizlik baxımından yükləmək problemsizdir. Çünki 100 minlərlə insan artıq bundan istifadə edib və problem yoxdur. Həmçinin, tədbiqləri yazarkən aşağıda yazılan şərhlərə, proqramın reytinqinə cədvəlinə baxaraq hansı proqramın yazılıb-yazılmayacağını bilmək olar. Nəzərə alın ki, az yüklənən tədbiqlərə önəm vermək lazım deyil. Çünki bunlar çox vaxt keyfiyyətsiz olur.
Qeyd edim ki, Android sistemlərə proqram yazan zaman çalışın ki, “Google”nin marketlərindən yazasınız. Yaxud, telefonun özünün marketi varsa, oradan yaza bilərsiniz. Sırf məlum marketlərdən proqramları yükləyin. Qarşınıza çıxan hər hansı bir tətbiqi yükləməyin”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
