Tehranda edamlar: Beynəlxalq ictimaiyyətin tələbi nədir?
Dünyanın 32 ölkəsi və Avropa İttifaqının xarici siyasət üzrə yüksək səviyyəli nümayəndəsi Kayya Kallas, İranda həyata keçirilən edam cəzalarını qınayan birgə bəyanatla çıxış ediblər.
Minval.info xəbər verir ki, bu bəyanat Almaniya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində yayımlanıb. Sənədi imzalayan ölkələr arasında Kanada, Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya, Almaniya, Fransa, İspaniya, İtaliya və digər Avropa ölkələri də var.
Beynəlxalq ictimaiyyət, Tehran rəhbərliyini ölüm cəzasının tətbiqini dərhal dayandırmağa və qanunsuz saxlanılan bütün şəxsləri azad etməyə çağırır. Bəyanatda vurğulanır ki, fərqli fikirləri susdurmaq və insan hüquqlarını pozmaq məqsədilə ölüm cəzasının tətbiqi qəbul edilə bilməz. İran xalqı, söz azadlığı və dinc toplaşmaq hüquqlarını heç bir təzyiq olmadan həyata keçirməlidir.
BMT-nin məlumatlarına görə, Yaxın Şərqdəki gərginliklərdən sonra İranda edamların sayı artıb. Təşkilatın statistikasına əsasən, martın 19-dan bu yana, milli təhlükəsizlik ittihamı ilə ən azı 56 nəfər edam edilib, onlardan 27-si yanvar ayında keçirilən etirazlarda iştirak edənlərdir. Hal-hazırda isə 100-dən çox insan oxşar ittihamlarla edam cəzasını gözləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib