Təcili yardım maşınları mobil telefonda izlənəcək!
Gələcəkdə təcili tibbi yardım çağıran şəxslərin, briqadanın hərəkətini mobil telefon vasitəsilə izləməsi mümkün ola bilər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsi çərçivəsində çağırışların operativ idarə olunması, briqadaların koordinasiyası, avtomobillərin GPS vasitəsilə izlənilməsi və hadisə yerinə optimal marşrutun müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Minval.info xəbər verir ki, TƏBİB-dən bildirilib ki, çağırış edən şəxsin təcili tibbi yardım avtomobilinin hərəkətini mobil telefon vasitəsilə izləməsi beynəlxalq təcrübədə tətbiq olunan həllərdən biridir. Gələcək mərhələlərdə texniki imkanlar, məlumat təhlükəsizliyi və xidmətin əməliyyat xüsusiyyətləri nəzərə alınmaqla belə bir funksiyanın tətbiqi imkanları qiymətləndirilə bilər. Hazırda əsas prioritet çağırışların düzgün yönləndirilməsi və təcili tibbi yardım briqadasının hadisə yerinə çatma müddətinin maksimum dərəcədə azaldılmasıdır.
Qeyd edək ki, Banqladeş, Böyük Britaniya, Avstraliya və dünyanın bir sıra digər ölkələrində çağırışçıların ambulansların hərəkətini izləməsinə imkan verən GPS sistemləri artıq tətbiq olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"