04.07.2022 - 10:56
Dünya
32 baxış
Tbilisidə hökumətin istefası tələbi ilə aksiya keçirilir
Gürcüstanın paytaxtı Tbilisidə vətəndaş cəmiyyəti təşkilatlarının “Evə, Avropaya” şüarı ilə növbəti genişmiqyaslı aksiyası keçirilir.
Minlərlə vətəndaş parlament binasının qarşısına toplaşıb. “Utanc” hərəkatının təşkil etdiyi aksiyanın əsas tələbi Baş nazir İrakli Qaribaşvilinin istefası və milli razılıq hökumətinin qurulmasıdır. Aksiyaçılar gecə boyunca ərazini tərk etməyəcəklərini bildiriblər.
Parlament binası qarşısındakı mitinq səbəbi ilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Əraziyə çox sayda polis cəlb olunub.
Etirazçılar zorakılığa əl atmayacaqlarını və aksiyanı dinc şəkildə davam etdirəcəklərini bildiriblər.
///Apa
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şaban geri qayıdır: Ali Sunal ata yolunda
11.09.2026 - 23:05
11 sentyabrın gizli şahidi: Holli Ratçford ortaya çıxdı
11.09.2026 - 21:20
İran yeraltı raket istehsalına başladı!
11.09.2026 - 20:03
Ece Erken oğlunun təhsili üçün Dubaya köçür
11.09.2026 - 17:57
Dollar sabit, avro və lirə ucuzlaşdı
11.09.2026 - 15:23
Qızıl və gümüş qiymətləri yenidən enir
11.09.2026 - 14:55
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu
11.09.2026 - 08:44
Kanada və Ukrayna arasında 350 milyon dollarlıq anlaşma
11.09.2026 - 08:23