11.03.2018 - 16:02
Ölkə
14 baxış
Tanınmış məhbuslar əfv müraciəti edib - AÇIQLAMA

Bu günə qədər Əfv Məsələləri Komissiyasının bir neçə iclası keçirilib. Növbəti iclaslar barədə hələ ki, heç bir məlumat yoxdur.
Minval.İnfo xəbər verir ki, bu barədə modern.az-a Komissiyanın üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib.
R.Məcid deyib ki, müraciətlər daxil olmaqda davam edir: “Komissiya və Katiblik gərgin olaraq çalışır. Ötən açıqlamamda dediyim kimi, sərəncamın prezident tərəfindən mayda veriləcəyi güman edilir. Təbii ki, vaxtın müəyyən edilməsi ölkə rəhbəinin səlahiyyətlərinə daxildir”.
Komissiya üzvü deyib ki, sərəncamın bir az gec imzalanmasına səbəb müracitələrin həddindən çox olmasıdır.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu modern.az-a bildirib ki, onların hazıladığı siyahı da Komissiyaya təqdim olunub: “Əfv Komissiyası da bununla bağlı işlərini davam etdirir. Əminəm ki, bu il Azərbaycanda “siyasi məhbus” məsələsinə son qoyulacaq”.
Sərəncamın imzalanmasının gecikməsi məsələsinə gəlincə, hüquq müdafiəçisi bunları deyib: “Əfv sərəncamınnın Novruz bayramından əvvəl və ya sonra imzalanacağını dəqiq deyə bilmərəm. Bunun ən dəqiqini prezident bilir. Və lazım olan vaxtda da sərəncamı imzalayacaq. Bir sıra tanınmış məhbusların çoxu əfv olunması ilə bağlı müraciət edib. Ərizə yazmasalar da, biz İlqar Məmmədovun, Əli İnsanovun adını siyahımıza salmışıq. O cümlədən, siyahıda jurnalistlər, gənc fəallar da var”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
05.09.2026 - 21:22
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
05.09.2026 - 21:01
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
05.09.2026 - 20:19
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
05.09.2026 - 18:27
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
05.09.2026 - 17:24
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
05.09.2026 - 16:21
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı
05.09.2026 - 16:14
Şuşada turistlərin qayalara ziyanı narahatlıq yaradır
05.09.2026 - 16:07