“Taliban” “Qərb”lə işləyənlərə məktub göndərir: “Ya təslim olun, ya da ölün”

ABŞ-ın son əsgəri də Kabili tərk edəndən sonra Əfqanıstanda yeni dövr rəsmi olaraq sona çatdı.
20 ildən sonra Əfqanıstanda hakimiyyətə sahib olan “Taliban” ölkənin çox hissəsinə nəzarəti ələ keçirib.
Onlar bu 20 illik müddətdə “Qərb”lə işləyənlərin qapılarına məktublar asır.
Taliblər “səlibçilərin işçiləri” kimi xarakterizə etdikləri insanlara “Ya təslim olun, ya da ölün” kimi məktub göndərir.
Sözügedən məktubda bu şəxslərin “Taliban” məhkəmələrinə təslim olmaları haqqında əmr də var.
Məktubu alanlardan biri- altı uşaq atası 34 yaşlı kişi deyib ki, məktubun üzərində “Taliban”ın möhürü olub.
Britaniyada sığınacaq üçün müraciət edən, lakin mənfi cavab alan şəxs bildirib ki, “Məhkəməyə müraciət etsəm, ölüm cəzası alacağam. Təslim olmasam, məni edam edəcəklər. Ona görə də gizlənirəm və qaçmağın yolunu axtarıram”.
Britaniya əsgərlərinin tərcüməçisi olan başqa bir əfqanıstanlı isə deyib ki, məktubda ona “kafir casusu” deyə xitab ediblər.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi