10.09.2021 - 10:31
Siyasət 1 baxış

Taliban Pəncşirdə etnik təmizləməyə başlayıb

Taliban Əfqanıstanın Pəncşir əyalətində etnik təmizləməyə başlayıb.

Minval.info xəbər verir ki, bu barədə Əfqanıstan Milli Müqavimət Cəbhəsinin sözçüsü Əli Nəzəri məlumat yayıb. O bununla bağlı “Twitter”də yazıb:

“Taliban qruplaşması Pəncşir əyalətindən minlərlə insanı qovub. Dünya hələ də bu vəziyyəti izləyir və görməzdən gəlir”.

Müqavimət nümayəndəsi beynəlxalq birliyi proseslərə müdaxilə etməyə çağırıb.

Qeyd edək ki, Taliban Əfqanıstanda hərbçi çevrilişə nail olandan sonra ən son Pəncşirə daxil ola bilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: