“Taliban” Pəncşirdə daha 20 mülki şəxsi öldürüb

“Taliban”ın Əfqanıstanda sivilləri öldürməsi ilə bağlı yeni videogörüntülər yayılıb.
Minval.info BBC-yə istinadən xəbər verir ki, bir həftə əvvəl Pəncşir əyalətində müqavimət nəticəsində 20 nəfərin öldürüldüyü ortaya çıxıb.
Rabitə kanallarının kəsilməsinə baxmayaraq, Pəncşirdən alınan kadrlarda “Taliban” döyüşçülərinin əhatəsində hərbi paltar geyinmiş şəxsin silah səslərindən sonra yıxıldığı görünür. Lakin “Taliban” qeyd edilən faktları təsdiqləmir.
Qeyd edək ki, ötən ay “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirəndə yalnız bir bölgədə ciddi müqavimətlə qarşılaşmışdı. Pəncşir Vadisi olaraq bilinən bölgədə Əhməd Məsud müqavimət qüvvələrinin komandanlığını öz üzərinə götürmüşdü. Vadini əhatə edən dağlar bölgəni ələ keçirməyi çətinləşdirsə də, sentyabrın 7-də “Taliban”, müqavimətin son bölgəsində hökmranlığını qoruduğunu söyləyərək bölgəyə bayrağını asmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi