Taliban nöqtəni qoydu:

Taliban Əfqanıstanın paytaxtı Kabildəki Həmid Kərzayi hava limanı yaxınlığında baş verən partlayışlarla əlaqədar açıqlama verib.
Minval.info xəbər verir ki, Taliban sözçüsü Süheyl Şahin baş verən olayı qınadıqlarını bildirib.
O, Kabildə hava limanı yaxınlığında iki ayrı partlayış baş verdiyini, hücumu qınadıqlarını və bundan məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməsi üçün bütün addımları atacaqlarını söyləyib.
Talibanın digər rəsmisi Zabihullah Mücahid də hücumu qəti şəkildə qınadıqlarını deyərək, olayın ABŞ hərbi qüvvələrinin nəzarətindəki bölgədə baş verdiyini vurğulayıb.
Talibanın bir başqa rəsmisi Abdülqar Balki də açıqlama verərək bildirib ki, belə hallar ölkədəki xarici qüvvələrin çıxmasından sonra baş verməyəcək.
Hadisədən sonra açıqlama verən ABŞ hökuməti baş verənlərə görə İŞİD terror təşkilatının “Xorasan” adlı qanadını ittiham edib. Açıqlamada Qərb ölkələri bir neçə gün əvvəl hava limanında terror hücumu olacağı barədə xəbərdarlıq etmişdi.
İki partlayış nəticəsində çoxlu insan yaralansa da, ölənlərin də olduğu bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İtaliya prezidenti Azərbaycana gəlib
Baş Prokurorluqda yeni mərkəz yaradılıb
Makronun Qarabağda işğal planı - Paris regionu belə “partlatmaq istəyir”
Zelenski 22 məmuru işdən çıxardı
Nazir kadr islahatlarından danışdı: "Gənc kadr" yoxdur...