“Taliban” əfv vəd etdiyi zabiti öldürdü

“Taliban” hərəkatının üzvləri amnistiya vədinə baxmayaraq, Əfqanıstan Hərbi hava Qüvvələrinin keçmiş zabitini öldürüblər.
Minval.info xəbər verir ki, bu barədə “RİA Novosti”yə Əfqanıstandakı mənbə məlumat verib. Zalmaya Açakzaya Heratdakı evindən çıxarılaraq qətlə yetirilib. Bundan əlavə, mənbənin bildirdiyinə görə, Nanqarhar əyalətində də “Taliban” döyüşçüləri bir qadını və bir uşağı güllələyib.
Qeyd edək ki, “Taliban” əvvəlki hökumətə sadiq olan və onlarla çalışanları, o cümlədən hərbçiləri əfv edəcəyini açıqlamışdı. Bu vədə baxmayaraq, özünün və doğmalarının təhlükəsizliyindən ehtiyat edən hərbçilərin çoxu ölkəni tərk edib. Taliblərin sözçüsü Zabiullah Mücahid xarici qüvvələrlə işbirliyi quran əfqanların da bağışlanacağını və həyatları üçün təhlükə olmadığını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi