Taksi sürücüləri üçün imtahan: Qeydiyyat başladı!
Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən şəxslər üçün oktyabrın 1-də imtahan təşkil edəcək.
Minval.info xəbər verir ki, imtahanda iştirak etmək istəyən şəxslər avqustun 24-dən sentyabrın 20-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün DİM-in internet saytında “Şəxsi kabinet” yaradılmalı və müvafiq elektron xidmət vasitəsilə qeydiyyat tamamlanmalıdır.
İmtahan ödənişlidir və iştirakçılar “Şəxsi kabinet” yaratdıqdan sonra hesablarına 35 manat məbləğində vəsait əlavə etməlidirlər. Qeydiyyatdan keçib imtahanda iştirak etməyənlərə ödəniş geri qaytarılmır.
Test imtahanı Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Gəncə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək. İmtahanın müddəti 1 saat olacaq və sürücülərin etik davranışı, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı təqdim ediləcək.
Hər düzgün cavab 1 balla qiymətləndiriləcək və səhv cavablar nəticəyə təsir etməyəcək. On və daha çox bal toplayan namizədlər imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunacaq və onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib