Təzə 10 manatı mağazada saxta pul bildilər
“10 manatlığı satıcıya verdim ki, aldığımın pulunu çıxsınlar, satıcı dedi ki, pul saxtadır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Nərmin Nöqtə sosial şəbəkədə yazıb.
O, bildirib ki, əlindəki əsginazı saxta adlandıran mağaza əməkdaşı ondan pulu götürməyib. Daha sonra məlum olub ki, onun əlindəki pul saxta yox, yeni dövriyyəyə buraxılmış 10 manatlıq əsginazdır.
Xatırladaq ki, yenilənmiş 10 manatlıq pul nişanı martın 18-dən tədavülə buraxılıb. Əskinazın əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb. Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir edilib. Bundan başqa, pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunub. Pul nişanının arxa tərəfində isə üzərində işıqda görünən “10” rəqəmi və “AMB” yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində “10 AZN” yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?