Təxribatçı qadınların arxasından Ümid Partiyası çıxdı: partiya sədrindən şok etiraf - FOTOLAR, VİDEOLAR
Ümid sədri “o, bizim partiyanın səlahiyyətli nümayəndəsidir” bəyanatını verdi
Yanvarın 31-də 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlunun seçicilərlə növbəti məhəllə görüşü keçirilib. Musavat.com xəbər verir ki, Gəncə prospektində keçirilən görüşə dəqiqələr qala bir neçə yaşlı qadın ərazidə təxribata cəhd ediblər. Onlardan biri R.Arifoğlunun seçki qərargahının ərazidə olan üzvlərinə təzyiq göstərərək, “bizim öz namizədimiz var, siz burda görüş keçirə bilməzsiz”, deyib.
Qərargah üzvləri ilə mübahisə edən qadın eyni zamanda onlara “Mən bu binalardan heç kimin sizin görüşünüzə gəlməsinə icazə verməyəcəm”,deyə qışqırıb. Təxribatçı qadın bunlarla da kifayətlənməyərək, ətrafda olan azyaşlı uşaqları da öz əməllərinə alət edib. O, uşaqlara pul verərək, “Rauf Arifoğlu görüşə gələndə ona daş atın, səs-küy salın”, tapşırığı verib.
ƏLAQƏLİ
Səfa Mirzəyev: “Lazım olarsa, Milli Məclisin növbədənkənar iclasları keçiriləcək”
https://www.youtube.com/watch?v=2LRAalUYfJ8&feature=emb_title
İqbalın ümidi kiçik uşaqlara təxribat üçün pul paylayır…
Maraqlıdır ki, aqressiv tövrləri və danışıq tərzi ilə seçilən qadından qonşuları da çəkinirdi. Binalardan çıxıb, görüş yerinə gəlmək istəyən qonşuların qarşısını kəsən qadın bununla onlara mane olub. Qonşuların böyük əksəriyyəti də onun bu şantajı qarşısında geri qayıdıb.
![]()
İqbal Ağazadənin təxribat qrupunun daha bir üzvü…
R.Arifoğlunun ərazidə olan nümayəndələri bu faktların hər birini qeydə alıb, telefonla foto və videosunu çəkib. Xatırladırıq ki, eyni qadın bir həftə bundan əvvəl eyni ərazidə bənzər addımlar atmışdı.
ƏLAQƏLİ
Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini müzakirə edib - VİDEO - YENİLƏNİB
O, həmin vaxt da R.Arifoğlunun görüşünə mane olmaq üçün həmyaşıdı olan bir kişi ilə canfəşanlıq edir, R.Arifoğlunun seçki qərargahının üzvlərini təhqir etməkdən isə çəkinmirdi.
https://www.youtube.com/watch?v=YxJPXyp7VFg&feature=emb_title
Görüş Ümid partiyasının namizədinin deyil,
partiyaçı qadının başqa namizədin görüşündə nə işi var?
ƏLAQƏLİ
Sabah Konstitusiya Məhkəməsi seçkilərlə bağlı yekun qərarını açıqlayacaq
Bu addımların növbəti insidentə səbəb olmaması, eləcə də gözlənilən təxribatın qarşısının alınması üçün R.Arifoğlunun seçki qərargahının rəhbəri Çingiz Özgür müvafiq polis bölməsinə müraciət edib. Əraziyə gələn hüquq-mühafizə orqanı əməkdaşları qadını ordan uzaqlaşdıraraq gözlənilən insidentin qarşısını alıblar.
![]()
İqbal Ağazadənin ümid dəstəsi: onlar hər görüşümüzdə peyda olur, təxribat edirlər
ƏLAQƏLİ
Səfa Mirzəyev: “Lazım olarsa, Milli Məclisin növbədənkənar iclasları keçiriləcək”
Hadisədən dəqiqələr sonra isə Ümid Partiyasının sədri, deputatlığa namizəd İqbal Ağazadədən ilginc açıqlama gəlib. İ.Ağazadə sosial şəbəkədəki statusunda sözügedən qadının öz üzvləri olduğunu etiraf edib: “Yeri gəlmişkən, bu gün Xətai polis idarəsi partiyanın səlahiyyətli nümayəndəsi Xurmanaz Eyvazovanı ərazidən götürərək idarəyə aparıb. ATƏT nümayəndələri də polis idarəsinə getdi. Bu polisin açıq-aşkar müdaxiləsidir”.
https://www.youtube.com/watch?v=iyAVxtdlIT0&feature=emb_title
İnsanlar onun qorxusundan görüş yerindən geri dönür
R.Arifoğlunun seçki qərargahı isə bəyan edir ki, bundan öncə də öyrədilmiş yaşlı qadınlar və kişilər R.Arifoğlunun seçicilərlə görüşlərində təxribat törətməyə cəhd ediblər. Onlar dəfələrlə R.Arifoğlu çıxış edərkən qarışıqlıq yaradıb, ordakı R.Arifoğlu tərəfdarlarını təhqir etməkdən də çəkinməyiblər.
![]()
Hara gedirik, Xurmanaz Eyvazova bizdən əvvəl ordadır…
Bunun ənənəyə çevrilməməsi və növbəti görüşlərdə də eyni ssenarinin təkrarlanmaması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub. Xüsusən də Xurmanaz Eyvazovanın bu davranışları artıq adət halını aldığı və hər dəfə qanunsuzluğun dozası artdığı üçün bu müdaxilə şərt olub.
ƏLAQƏLİ
Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini müzakirə edib - VİDEO - YENİLƏNİB
![]()
Namizədlə görüşə gələn insanlar bu qadının təhqirlərinə dayanmayıb, geri dönürlər
Musavat.com isə İ.Ağazadənin “partiyanın səlahiyyətli nümayəndəsi” adlandırdığı qadının təxribatçı davranışlarını əks etdirən foto və video görüntülərini təqdim edir. Baxın, qərar verin: partiyanın səlahiyyətli nümayəndəsi digər namizədin görüşlərini bu cür mənəvi terror etməlidirmi?
Musavat.com
ƏLAQƏLİ
Sabah Konstitusiya Məhkəməsi seçkilərlə bağlı yekun qərarını açıqlayacaq
P.S. Aşağıdakı video isə bir həftə öncə bu təxribatlara həsr olunmuş araşdırma materialıdır:
https://www.youtube.com/watch?v=uDrJ_Z6gbks&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi seçkilərin nəticələri ilə bağlı QƏRAR VERDİ
Sabah Konstitusiya Məhkəməsi seçkilərlə bağlı yekun qərarını açıqlayacaq
MSK seçkini yekunlaşdırdı - bəs namizədlər?
2 məntəqədə səsvermənin nəticələri ləğv edildi
MSK bu həftə seçkilərə yekun vuracaq
