Tərtərdə faciəvi yanğının sirri: Ər-arvadın ölümü qəsdənmi təşkil edilib?
Tərtər şəhərində baş verən yanğın hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb. Hadisə nəticəsində həyatını itirən ər-arvadın yaşadığı evdə yanğının qəsdən törədildiyi ehtimal edilir.
Minval.info xəbər verir ki, hadisə yerində aparılan araşdırmalar zamanı yanacaq məhsulu olan bir qab tapılıb. Bu maddi sübut ailənin yaxınları tərəfindən aşkar edilərək ekspertiza qrupuna təqdim edilib.
Hazırda mütəxəssislər yanacaq məhsulunun tərkibini və yanğının qəsdən törədilib-törədilmədiyini araşdırır. Qeyd edək ki, yanğın zamanı Əsgər Vəli oğlu Səmədov və həyat yoldaşı Adilə Soltan qızı Hüseynova həyatını itirib.
Hadisə ilə bağlı araşdırmalar davam edir və yeni məlumatlar əldə edildikcə ictimaiyyətə təqdim olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib