Təranə Qumral onunla çalışacaq: "İlk dəfə Rəhim Rəhimli..."
Müğənni Təranə Qumral yeni işbirliyinə başlayıb.
Minval.info saytına açıqlamasında müğənni özü deyib. O bildirib ki, “Can-cana” mahnısının ilk ifaçısı Anar Qasımbəyli ilə duet oxuyacaq:
“Yaradıcılığıma yeni nəfəs gətirmişəm. İşlər, layihələr, kliplər, mahnılar ard-arda təqdim olunacaq. Yeni işlərdən biri də 18 ildir müğənnilik edən Anarla duet oxumaqdır. O, “Can-cana” mahnısının Azərbaycan formasını yaradan şəxsdir. Belə ki, o, Türkiyənin İğdır şəhərində toylardan birində bu mahnını eşidib və onu özümüzünküləşdirmək qərarına gəlib. Azərbaycana qayıtdıqdan sonra onun ritmini və sözlərinin çoxunu dəyişib.
Mahnı populyarlıq qazanan zaman o, rayonda olub. Daha sonra Rəhim Rəhimlinin təklifi ilə ilk dəfə Bakıya gəlib.
Bir müddət keçib, “Can-cana” mahnısını Vüqar Rəhimli adlı şəxs mənimsəyib. “Toylar kralı” adlı yarışmada iştirak edərək haqqını geri alan və sözünü deyən Anar ədaləti bərpa edib. Hal-hazırda yeni layihələr üzrə işləyirik. Çox istedadlı şəxsdir. Bundan sonra bizi tez-tez birlikdə görəcəksiniz”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!