Tələbə adı qazanan şəhid ailəsi üzvü və qazilərə ödənilən vəsaitin miqdarı açıqlanıb
Bu il ali məktəblərə qəbul olunan və “YAŞAT” Fondu tərəfindən birdəfəlik ödənişlərin verildiyi şəhid ailəsi üzvlərinin və qazilərin sayı məlum olub.
“Minval.info” xəbər verir ki, fonddan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə ümumilikdə 54 min manat xərclənib.
Belə ki, indiyədək 27 şəxsin hər birinə 2000 manat vəsait köçürülüb. Onlardan 17-si şəhid ailələrinin üzvü, 10-u isə qazidir.
Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunan hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı – 2000 manat təsis edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?