Təhsil Nazirliyindən tavanı uçan məktəblə bağlı açıqlama

Təhsil Nazirliyi Kürdəmirdə məktəbin tavanın uçmasına münasibət bildirib.
Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, Kürdəmir rayonunun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbin 2-ci tədris korpusu 1967-ci ildə 5 sinif otağı olmaqla tikilib.
Məlumata görə, bünövrəsi və divarları pud daşından tikilən tədris korpusunun koridorunun tavanı ağac materialı olan diktlə üzlənib: “Damdan yağış sularının sızması nəticəsində həmin tavan üzlüyü aşınıb. Koridorda tavan üzlüyü uçan hissədə yerləşən bir sinif otağında tədris dayandırılıb. Məktəbin digər otaqlarına ziyan dəyməyib, məktəbdə tədris davam edir. Təhsil Nazirliyinin mütəxəssisləri məktəbin korpusuna baxış keçirəndən sonra verilən rəyə əsasən müvafiq tədbirlər görüləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"