Təhsil Nazirliyində 162 vakant vəzifə var

Təhsil Nazirliyi dövlət qulluğu üzrə müsahibəyə 162 vakant vəzifə çıxarıb. Onlardan 22-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 140-ı B növünə (inzibati icraçı) aiddir.
Dövlət İmtahan Mərkəzindən Minval.İnfo-ya verilən məlumata görə, yanvarın 5-nə olan məlumata görə, Təhsil Nazirliyinin təqdim etdiyi vakant vəzifələrlə bağlı dövlət qulluğunun A növü üzrə 1 nəfər, B növü üzrə 37 nəfər müraciət edib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi yanvarın 4-də ümumilikdə 14 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (26 vəzifə) və B (296 vəzifə) növünə aid olan 322 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edib. Dövlət orqanları arasında müsahibəyə ən çox vakant vəzifə çıxaran Təhsil Nazirliyidir.
Müsahibədə iştirak etmək üçün qeydiyyat fevralın 4-dək aparılacaq. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları DİM-in internet portalında yerləşdirilib. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər fevralın 4-dək saat 18:00-ə qədər “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!