Təhsil Nazirliyi Salyanda məktəblilərin yol qəzasına düşməsi ilə bağlı məlumat yayıb
Təhsil Nazirliyi Salyanda məktəblilərin yol qəzasına düşməsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Salyan rayonu ərazisində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Şirvan şəhər Uşaq-Gənclər İdman məktəbinin idmançılarını daşıyan mikroavtobus qəzaya uğrayıb.
“Qəza zamanı Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi İlkin Əhmədov dünyasını dəyişib, xəsarət alan 8 nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 4 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 2 nəfərin vəziyyəti normaldır və həmin xəstəxanada müalicələri davam etdirilir. 1 nəfər isə kəllə-beyin travması ilə Bakı şəhərinə gətirilib. Təhsil Nazirliyinin nümayəndəsi Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. Avtoqəzada həlak olan İlkin Əhmədovun ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik” – deyə nazirliyin məlumatında qeyd olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO