"Təhsil haqqı 4000-4500 manata qaldırılıb"
“Tibb Universitetinin qəbul planınında 200-dən çox yerin ixtisar olunması, təhsil haqqının 4000-4500 manata qaldırılması uşaqları çıxılmaz vəziyyətə salıb”.
Minval.info xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev sosial media hesabında qeyd edib. Onun fikrincə, IV ixtisas qrupunda 600-dən yuxarı bal toplayan abituriyentlər gərginlik içərsindədirlər:
“Şəhər məktəblərini bitirib, 600-dən yuxarı bal toplayan abituriyentlərin əksəriyyəti elə düşünür ki, rayon məktəblərini bitirənlər yüksək təhsil haqqından imtina edəcəklər və nəticədə onların şansı artacaq. Qardaş Türkiyədə azı 30 universtetin Tibb ixtasaları bir-biriləri ilə rəqabət aparırlar. Ölkədə tibb ixtisasları ancaq Tibb Universitetində və Naxçıvan Dövlət Universitetində cəmlənib. Abituriyentlər başqa ölkələrdə tibb ixtisasına daxil olmağın yollarını arayırlar. Demək olar ki, alternativ yoxdur. Alternativlər olmadığına görə rəqabət mühiti yoxa çıxır”.
Ekspert bildirib ki, həkim olmaq istəyənlər Tibb Universitetinin rəhbərliyinin qərarlarına tabe olmalıdırlar: “Ölkədə İlahiyyat İnstitutu və Bakı İslam Universiteti fəaliyyət göstərir. Ancaq insanın sağlamlığını təmin edən bir “əsas” Universiteti var. Orada təhsil haqqı elə müəyyənləşdirilib ki, kasıblar ora ayaq basa bilməzlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 206-ya çatıb
İlham Əliyev Hacımurad Yagizarova “Şərəf” ordeni verdi
"Davam" Gənclər Hərəkatı yeni klub yaradır
Dünya bir ölkəyə qarşı: Rusiyanı qarşıda nələr gözləyir? (ARAŞDIRMA)
İcra başçısı kompensasiya ilə bağlı iddialara cavab verdi
Diqqət: Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq