Şuşada tikiləcək evlər belə olacaq - RƏSMİ

“Ölkə başçısının göstərişi ilə Şuşanın Baş Planı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır.
Eləcə də bax: İlham Əliyev: “Birinci mərhələdə 25 bina tikiləcək ki, vətəndaşlar Şuşaya qayıtmağa başlasın”
Minval.info xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook”da bildirib.
O qeyd edib ki, Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq.
A.Quliyev qeyd edib ki, Şuşada 36,2 km yol bərpa olunacaq, 17,6 km yeni yol salınacaq: “Baş Plan üzərində iş çərçivəsində şəhərin funksional zonalaşdırılması aparılıb, buna əsasən nəqliyyat infrastrukturunun yenilənməsi, küçələrin kateqoriyalaşdırılması, ictimai nəqliyyatın təşkili və s. üzrə təkliflər hazırlanıb”.
Komitə sədri vurğulayıb ki, Şuşanın Baş Planı hazırlanarkən şəhərin tarixi əzəməti əsas götürülür, bütün yeni layihələr tarix ilə müasirliyin vəhdəti üzərində qurulur: “Dünən ölkə başçısı tərəfindən təməli qoyulmuş yeni yaşayış məhəlləsi Şuşanın memarlıq irsindən ilhamlanaraq və ənənəvi şəhərsalma mühitinə uyğun layihələndirilib”. (Apa)




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lirə ilə bağlı yeni proqnoz
Kərə yağı ucuzlaşdı - Fotofakt
Rusiya xarici ölkələrdən meyvə-tərəvəz gətirilməsi qaydalarını sərtləşdirib
Hansı kredit borcları silinəcək? - İqtisadçıdan açıqlama
"Şkoda” Azərbaycanda elektriklə işləyən avtobuslar istehsal etmək istəyir
Ölkəyə gətirilən bəzi materiallar gömrük rüsumundan azad edildi
Səudiyyəli nazir: Azərbaycan OPEC+ sazişinin digər ölkələri üçün nümunədir