Şuşada şəhid olan əsgərlə vida mərasimi keçirilir
Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımovla vida mərasimi başlayıb.
“Report”un xəbərinə görə, mərasim şəhidin vaxtı ilə yaşadığı – paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evində keçirilir.
Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Mərasim başa çatandan sonra mərhum İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb.
Belə ki, hərbi yük avtomobili qəzaya uğrayıb. Nəticədə xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər V.Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, V.Kazımov 2000-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Daha sonra o, ailəsi ilə birgə Bakı şəhərinə köçüb.
Ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedən V.Kazımovun xidməti başa vurmasına 3 ayı qalmışdı. O, evin tək oğlu olub, bir bacısı var.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəxsi avtomobildə maskadan istifadə etməklə bağlı - Rəsmi açıqlama
Türkiyədən qovulan fahişələr Azərbaycana niyə gəlir? - ŞOK SƏBƏB
Vahid Əhmədov prokuror oğlundan danışdı - “Ona elə tərbiyə verməmişəm ki…”
Azərbaycanda koronavirusdan ölən şəxsin dəfn görüntüləri - VİDEO
Sabah 40 dərəcə isti olacaq - Diqqətli olun
Azərbaycanda dəhşətli qəza - 3 ölü, 12 yaralı - VIDEO