Sürüşmə zonasında sakinlərə verilən söz tutulmur - FOTOLAR

Bayıl sürüşmə zonasında sakinlər hələ narahatdırlar. Onların bir hissəsi hələ də küçələrdə tonqal qalayıb, keşik çəkirlər. Buna səbəb isə, evlərinin sənədsiz olması və söküldüyü halda onların necə kompensasiya alacaqları ilə bağlı məlumat verilməməsidir.
Minval.info saytının əməkdaşı bu gün Teleqüllə sürüşmə sahəsindən olub və sakinlərlə görüşüb. Xatırlatma üçün deyək ki, mövcud məsələ ilə bağlı evlərə qaz, işıq və suyun verilməsi dayandırılıb, bir çox ailə ya 163 nömrəli orta məktəbə köçürülüb, ya da bəzi idarə və müəssisələrdə yerləşdirilib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailəyə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək. Zərərçəkənlər bu istiqamətdə hər hansı bir addım atılmadığını, hələ də gözlədiklərini bildiriblər: “Günlərdir gözləyirik. Hələ ki, bizə kirayə pulu verən olmayıb. Söz veriblər, pul isə yox… Sonumuzun necə olacağı bəlli deyil. Evləri sökəndən bizim söz deməyə gücümüz qalmayacaq. Bizə indidən təminat versinlər, işimizi bilək”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji planlama ekspedisiyası hadisə yerində araşdırmalarını davam etdirir, FHN isə əraziyə əcnəbi mütəxəssislər cəlb edib. Yeni aldığımız iddialara görə, sürüşməyə səbəb ağacların suvarılması olub, ona görə qazıntı işləri ilə yanaşı su borulalarının yığışdırlması işləri də aparılır.
Evlərini tərk etmək istəməyən sakinlər küçədə ocaq qalayıb və dövlət tərəfindən onlara kömək göstərilməyənə qədər oranı tərk etməyəcəklərini bildiriblər.
Fərid Özay
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda










