Sürüşmə zonalarından son xəbər
“Son günlər ərzində Bayıl yamacında – Teleqüllənin yaxınlığında sürüşmənin dinamikasında ciddi dəyişiklik baş verməyib”.
“Minval.info” xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Onun sözlərinə görə, son günlər ərzində yağıntılar müşahidə edilmədiyindən ərazidəki vəziyyət stabil qalır: “Teleqüllənin yaxınlığında monitorinq məqsədilə quraşdırılmış mayaklarda heç bir dəyişiklik müşahidə edilməsə də, proses davam edir. Ona görə də birmənalı olaraq, demək olmaz ki, burada sürüşmə prosesi dayanıb. Texnogen və təbii amillərin təsirindən ərazidə sürüşmə yenidən aktivləşə bilər”.
R.Həsənov hazırda ərazidə hər hansı möhkəmlətmə işlərinin aparılmadığını da söyləyib.
Nazirlik rəsmisi əlavə edib ki, Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun “Nübar” qəsəbəsində (“At yalı” adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki “Zəli gölü” adlanan ərazidə sürüşmə prosesi davam edir. Mövsümlə əlaqədar olaraq, Bakının Binəqədi rayonunda Məlik Aslanov küçəsi boyunca, Sabunçu rayonunun Maştağa qəsəbəsinin Nizami küçəsi boyunca bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə və Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca qrunt sularının qalxması müşahidə edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...