Sürücülərin nəzərinə
Yasamal rayonunun Süleyman Dadaşov küçəsinin bir hissəsində təmir-tikinti işləri həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda küçənin Ayna Sultanova və Seyfəddin Dağlı küçələri arasında yerləşən 220 metrlik hissəsi təmir edilir.
Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinə aid 10 baxış qapağı yenisi ilə əvəz olunacaq, küçədə sutkanın qaranlıq saatlarında işıqlandırmanı təmin etmək məqəsədilə 8 yeni işıq dirəyi quraşdırılacaq.
Daha sonra texnoloji ardıcıllığa uyun olaraq küçənin 3500 kvadratmetr sahəsinə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO