Sürücülərin nəzərinə: Cərimə meydançasına ödənilən pullar geri qaytarılacaq — RƏSMİ QƏRAR
Azərbaycanda avtomobili cərimə meydançasına aparılan sürücülərin maraqlarına toxunan çox mühüm və sevindirici yenilik tətbiq edilib. Nazirlər Kabineti nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın hansı hallarda və hansı mexanizmlə geri qaytarılacağını müəyyən edən yeni qaydanı rəsmən təsdiqləyib.
Minval.info xəbər verir ki, hökumətin qəbul etdiyi 240 nömrəli yeni qərara əsasən, sürücünün inzibati xətası üzrə icraata rəsmən xitam verildikdə və ya yazılmış cərimə qərarından verilən şikayət məhkəmə və ya müvafiq qurum tərəfindən təmin edildikdə, duracaq üçün xərclənən bütün məbləğ vətəndaşa geri ödəniləcək.
Lakin qərarda mühüm bir istisna da yer alıb. Belə ki, sürücüyə işə xitam verilməsi və ya şikayətin təmin edilməsi barədə rəsmi məlumat çatdırıldıqdan sonra avtomobil cərimə meydançasında qalmağa davam edərsə, həmin bildirişdən sonrakı günlərin pulu geri qaytarılmayacaq.
Pulu geri almaq üçün nə etmək lazımdır?
Ödənişi geri tələb etmək üçün nəqliyyat vasitəsinin sahibi inzibati xəta haqqında protokolu və ya qərarı qəbul etmiş müvafiq dövlət orqanına xüsusi ərizə ilə müraciət etməlidir. Ərizədə şəxsin məlumatları, protokolun tarixi, ödənilmiş dəqiq məbləğ və bank rekvizitləri (kart hesabı) tam göstərilməlidir.
Səlahiyyətli dövlət qurumu təqdim olunan ərizəyə 15 iş günü ərzində baxmağa borcludur. Araşdırma zamanı vətəndaşın haqlı olduğu sübuta yetirilərsə, vəsait 10 iş günü ərzində nağdsız qaydada sürücünün bank hesabına köçürüləcək. Əgər imtina qərarı verilərsə, bu barədə vətəndaşa 5 iş günü ərzində yazılı məlumat göndəriləcək və sürücünün həmin qərardan məhkəməyə şikayət etmək hüququ olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan SƏRT QƏRAR – “Sea Breeze”də cərimələr tətbiq olunur
40 dərəcə isti olacaq - HAVA PROQNOZU
Sabiq prokuror vəfat etdi - FOTO
VACİBKüləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
İki gənc vəkilin saxtakarlığı ifşa olundu — Məhkəmədən səs-küylü qərar
VACİBBakıda internet KƏSİLDİ – Minlərlə abonent çətinlik yaşayır
Prezidentin Özbəkistana səfir təyin etdiyi Rəşad Məmmədov KİMDİR... - DOSYE