Sürücülərin diqqətinə!
Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edib.
Minval.info xəbər verir ki, idarədən verilən məlumata görə, bir çox hallarda avtomobil sahibləri təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən nəqliyyat vasitəsinin açarlarını da məntəqə işçilərinə verərək oranı tərk edirlər.
Belə hallar isə bəzən həmin məntəqələrdə çalışan və adətən gənc, hərəkətlərinin məsuliyyətinin fərqinə varmayan bir sıra insanlara sahibi yanında olmayan nəqliyyat vasitələrindən qanunsuz istifadə etmək fürsəti yaradır:”Müştərilərin etibarından sui-istifadə etməklə yanaşı, qanunvericiliyin də tələblərini kobud şəkildə pozaraq onlara həvalə edilmiş avtomobili qaçıraraq idarə edən belə gənclər tərəfindən bir sıra hallarda insanların həlak olması, yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri törədilir.
ƏLAQƏLİ
Bakıdakı Məhəmməd Xiyabani küçəsində evlər işarələnib, yeni yol layihəsi hazırlanır
Bununla yanaşı, bəzən xidmət göstərməli olduqları nəqliyyat vasitələrindən oğurluq edən, onlardan öz əmlakı kimi istifadə edən şəxslərə də rast gəlinir.
Odur ki, avtomobil sahiblərinə müraciət edərək tövsiyə edirik ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səlim Müslümov Milli Aviasiya Akademiyasında dərs deyir
Qarabağ Universiteti müəllimin həbsi ilə bağlı açıqlama yayıb
Əvəz Zeynallının dəfn mərasiminin vaxtı və yeri açıqlandı
Bakıda yeni avtomobil tunelinin tikintisi planlaşdırılır
Bakıda Məhəmməd Xiyabani küçəsində yeni tunel inşa ediləcək
Şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub