Sürücülərin diqqətinə: 3 gün sonra cərimələnə bilərsiniz
Avtomobillərin yan şüşələrinə vurulan jalüzlərin istifadə müddətinin bitməsinə 3 gün qalıb.
Minval.info-nun məlumatına görə, ölkəmizdə tətbiq edilən qanuna əsasən mayın 1-dən noyabrın 15-nə kimi olan müddətdə avtomobillərin arxa yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitlərdən istifadəyə icazə verilir. Bu müddətdən sonra isə sürücüləri cərimə gözləyir.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, sürücülər cərimələnməmək üçün diqqətli olmalıdır.
Bu qadağa əksər avtomobilin arxa qapısında olan kiçik ölçüsü şüşə üçün də keçərlidir. Çünki bəzi sürücülərin buna məhəl qoymaması səbəbindən daha sonra sürücü ilə yol polisləri arasında mübahislərin yaşanmasına səbəb olur.
Qeyd edək ki, hazırda arxa şüşələrə plyonkaların çəkilməsi qiyməti istifadə edilən materialın keyfiyyətindən asılı olaraq 15-30 manat arasında dəyişir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!