Sürücülərə ŞAD XƏBƏR: "Rəsmi qurumlara müraciət hazırlandı"
“Bir qrup fəal sürücü yollarımızda baş verən piyada vurulması hadisələrinə münasibətdə uzun müddət formalaşmış yanlış stereotiplərin dəyişdirilməsinə yönələn təşəbbüs irəli sürmüşdü. Bu məqsədlə ölkəmizin həmin hadisələri araşdıran və hüquqi qiymət verən yuxarı qurumlarına (Ali Məhkəmə, DİN, Baş Prokurorluq) müraciət hazırladıq”.
Minval.info xəbər verir ki, bu barədə Digesta hüquq firmasının direktoru Ərşad Hüseynov məlumat verib.
Hüquqşünas bildirib ki, müraciət belə hadisələrin ədalətlə, obyektiv araşdırılmasına, cəmiyyətimizdə, əksər hallarda həm də istintaq və məhkəmələ təcrübəsində formalaşan “Həmişə sürücü günahkardır” düşüncəsinin aradan qaldırilmasına çağırışdır:
“Bilirik ki, hadisələrin xeylisində sürücülər günahkardır, amma şübhəsiz ki, hamısında yox. Lakin həmin yanlış stereotip bəzən piyada intizamsızlığına rəvac verir, günahsız sürücü isə məhkuma çevrilir. Hər ikisi cəmiyyət üçün itkidir. Bunu dəyişmək lazımdır”.
Ərşad Hüseynov bununla bağlı statistik göstəriciləri misal çəkib: “2016-ci ildə ölkəmizdə qeydə alınmış piyada vurulma hadisələrinin 93 faizində sürücülər, cəmi 7 faizində isə piyadlar təqsirli sayılıb. Yol hərəkəti təhlükəsizliyinin və yol hərəkəti mədəniyyətinin səviyyəsi ölkəmizə yaxın, yol hərəkəti iştirakçılarının hüquqi məsuliyyəti məsələsini tənzimləyən qanunvericiliyi isə bizim qanunvericiliklə, demək olar ki, eyni olan Rusiya Federasiyasında isə 2015-2017-cı illərdə qeydə alınmış piyada vurulma hadisələrinin təxminən 54 faizində sürücülər, 42 faizində piyadlar, 4 faiizində isə başqa şəxslər (xüsusən yol-nəqliyyat infrastrukturuna görə məsul şəxslər) təqsiri olub”.
Sani / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib