Sumqayıtdakı yanğının havaya təsirləri ölçülüb
“Azərsun Sənaye Parkı”nda baş verən yanğının atmosfer havasına təsirlərini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilib, havanın keyfiyyət göstəriciləri ölçülüb”.
Bu barədə “Minval.info”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.
Onun sözlərinə görə, Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən avtomatik stansiyalardan aprelin 28-də axşam saatlarında daxil olan məlumatlara əsasən təyin olunan havanın keyfiyyət göstəricilərinin orta sutkalıq qatılığı – azot-4 oksid 1.2 dəfə, azot-2 oksid 3.7 dəfə, dəm qazı isə 1.3 dəfə normadan yüksək olub.
U.Tağıyeva qeyd edib ki, çirkləndiricilərin yüksək qatılığı əsasən gecə saatlarında qeydə alınıb: “Belə ki, azot-4 oksid 3.5, azot-2 oksid 9, dəm qazı 2.1 dəfə normadan yüksək olub. Gecə saatlarından başlayaraq çirkləndirici qaz qarışıqlarının konsentrasiyasında azalmalar müşahidə edilir. Hazırda Sumqayıt şəhərində təyin edilən havanın keyfiyyət göstəriciləri yol verilən hədd daxilindədir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
UNEC rektoru təhsil müddətinin azaldılmasını dəstəkləyir
Ahıllara qayğı: Mərkəzlərdə artan müraciətlər
Zirə və Qarabağ: Məğlubedilməzlik seriyası təhlükədə!
Qara dənizdə dron hücumu: Azərbaycanlılar hədəf alındı
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?