Sumqayıtda motosiklet reydi: Səs-küylü gecələrə son!
Sumqayıt şəhərində motosiklet sürücülərinə qarşı genişmiqyaslı reyd keçirilib. Bu tədbir, yol hərəkəti təhlükəsizliyinin artırılması və ictimai asayişin qorunması məqsədilə təşkil olunub.
Minval.info xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən həyata keçirilən bu nəzarət-profilaktik tədbirlər zamanı motosiklet və digər motonəqliyyat vasitələrinin sürücüləri saxlanılıb. Araşdırmalar nəticəsində bəzi sürücülərin şəhər daxilində, xüsusilə gecə saatlarında yüksək sürətlə hərəkət etdiyi, motosikletlərin konstruksiyasına müdaxilə edərək əlavə avadanlıqlar quraşdırdığı və səsboğucu sistemlərində dəyişikliklər edərək normadan artıq səs-küy yaratdığı müəyyən edilib.
Bundan əlavə, bəzi sürücülərin dövlət qeydiyyat nişanı və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitələrini idarə etdiyi aşkar edilib. Bu qayda pozuntularına hüquqi qiymət verilərək, 30-a yaxın sürücü barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır