Sumqayıtda karantini pozan restoranın icarədarı həbs edildi
Sumqayıtda gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin verilən məlumata görə, polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində karantin rejimi qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib.
Fevralın 6-da gecə saat 1 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi və Post-Patrul Xidmətinin əməkdaşları şəhərin 6-cı məhəllə ərazisində yerləşən “Zeytun” restoranının sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərdiyini müəyyən ediblər.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Polis əməkdaşları tərəfindən restoranı icarə əsasında işlədən şəhər sakini Ş.Əkbərovla profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etməyin vacibliyi onun diqqətinə çatdırılıb.
Ş.Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Ş.Əkbərov 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu