Sumqayıtda avtomobil təmiri sexində yanğın: Ehtiyat hissələri mağazası təhlükə altında!
Sumqayıt şəhərində Koroğlu prospektində yerləşən avtomobil təmiri sexində yanğın baş verib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə məlumat daxil olub.
Minval.info xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb edilib. Yanğının ümumi sahəsi 1600 kvadrat metr olan obyektlərdən avtomobil təmiri sexi və ehtiyat hissələri mağazasında baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə nəzarət altına alınıb və digər obyektlərə yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində iki boksun yanar konstruksiyaları 60 kvadrat metr sahədə yanıb, lakin bitişik obyektlər yanğından qorunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib