Sumqayıtda 21 yaşlı qız itkin düşüb — FOTO

Sumqayıt şəhərində işlədiyi mağazadan çıxan qız itkin düşüb.
Minval.İnfo-nun “Report”a istinadən məlumatına görə, Sumqayıt şəhəri, 52-ci məhəllədə fərdi evdə yaşayan, 1998-ci il təvəllüdlü Xədicə Rizvan qızı Kərimli işlədiyi Sumqayıt şəhər, 2-ci mikrorayon ərazisində yerləşən qadın geyimləri mağazasından yanvarın 17-də işdən çıxıb və bir daha geri qayıtmayıb.
Xədicə Kərimlinin əlamətləri: boyu, təxminən, 160 sm, ağbəniz, orta bədən quruluşlu, gözlərinin rəngi qonur, saçı uzun və çəhrayı rəngdədir.
Evdən çıxarkən əynində qara rəngli papaqlı gödəkçə, qara cins şalvar və ayağında ağ rəngli idman ayaqqabısı olub.
X.Kərimlini görənlərdən xahiş olunur ki, bu barədə Sumqayıt şəhər Polis idarəsinə və ya (018) 65-4-44-81, 055-286-39-46, nömrəli telefonlara zəng edərək məlumat versinlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır