Sumqayıt Musiqi Kollecinə yeni rəhbər təyin edildi
Sumqayıt Musiqi Kollecinin yeni direktoru Natəvan Həsənova kollektivə təqdim edilib. O, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən bu təhsil müəssisəsinə rəhbərlik edəcək.
Minval.info xəbər verir ki, Natəvan Həsənova Azərbaycan Milli Konservatoriyasında Qanun ixtisası üzrə bakalavriat və magistratura təhsili almış, hər iki səviyyəni fərqlənmə ilə bitirmişdir. Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə etmişdir.
2004-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrində və 2007-ci ildən Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərən Həsənova, müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə solist və orkestr musiqiçisi kimi çıxış etmişdir. 2015-ci ildə ABŞ-ın Nyu-York şəhərində yerləşən “Carnegie Hall”da keçirilən müsabiqədə “1-ci yer” və “Ən yüksək performans” diplomları ilə təltif olunmuşdur.
Natəvan Həsənova, həmçinin, bir sıra elmi və elmi-metodik əsərlərin müəllifidir. Təhsil sahəsindəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən fəxri fərmanlarla təltif edilmişdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib