Sumqayıt məktəbindən 13 tələbə Tibbə qəbul oldu
Sumqayıt şəhərində yerləşən Təbiət elmləri təmayüllü gimnaziyanın 11”a” sinfi 2025–2026-cı tədris ili üzrə qəbul imtahanlarında yüksək nəticələr əldə edib. Sinfin 17 məzunu 500-dən, 13 məzunu isə 600-dən yüksək bal toplayıb. Bu məzunlardan 13-ü Azərbaycan Tibb Universitetinin “Tibb” ixtisasına qəbul olunub.
Minval.info xəbər verir ki, sinfin ən yüksək nəticəsini Tağızadə Samir Hikmət göstərib. O, qəbul imtahanında maksimal nəticə olan 700 bal toplayıb. Digər yüksək nəticə göstərən məzunlar arasında Mursaquliyeva İnci Rəsul 690,2, Fərhadova Aysel Elnur 682,6, Nağıyev Hüseyn Samir 682, Tahirzadə Amin Pərviz 679,1 və Səfizadə Rüqiyyəxanım Fərid 675,4 bal toplayıblar.
Sinfin uğurları yalnız qəbul imtahanları ilə məhdudlaşmayıb. Əliyev İlham Ramil, Tağızadə Hüseyn Qasım və Tarverdi Davud Mahmud fənn olimpiadalarında əldə etdikləri nəticələrə görə müsabiqədənkənar qəbul hüququ qazanıblar. Məzunların qəbul olunduğu ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti ilə yanaşı, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Heydər Əliyev adına Hərbi İnstitut və ADA Universiteti də yer alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib