"Sumqayıt"ın prezidenti və baş məşqçisinə ciddi xəbardarlıq edilib
AFFA İntizam Komitəsi “Sumqayıt”un prezidenti Riad Rəfiyev və komandanın baş məşqçisi Ayxan Abbasova ciddi xəbardarlıq edib.
Minval.info AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb hər iki şəxsin Premyer Liqanın II turunda evdə “Səbail”ə 0:3 hesabı ilə uduzduqları matçdan sonra hakiminin görüşü qərəzli idarə etmələri haqqında fikirlər söyləməsidir. Bildirilib ki, Rəfiyev və Abbasov bu hal təkrar olunarsa, İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaq.
Qurum “Zirə”nin məşqçisi Anar Niftəliyevi də bir oyunluq cəzalandırıb. Buna səbəb onun II turda “Neftçi”yə qalib gəldikləri (1:0) görüşün 80-ci dəqiqəsində texniki zona qaydalarını pozmasıdır. Kluba isə bunun üçün 800 manat cərimə kəsilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı