Süleyman Ələsgərovun adına veriləcək küçənin yerləşdiyi ərazi müəyyənləşib

Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Ələsgərovun ailəsi onun adına veriləcək küçəni müəyyənləşdirib.
Bu barədə “Report”a mərhum bəstəkarın nəvəsi, “Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.
O, yaxın müddətdə həmin küçənin yerini açıqlayacağını deyib: “Ailə üzvlərimizlə birlikdə yekun qərara gəlmişik və çox qısa zaman ərzində Süleyman Ələsgərovun adını daşıyacaq küçənin yerləşdiyi ərazini açıqlayacağıq. Əsas olan budur ki, məsələ öz müsbət həllini tapıb”.
Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü olub. Görüşdə mədəniyyət işçiləri xahişlərini bildirib və təkliflərini irəli sürüblər. T.İmanov ölkə başçısına babası S.Ələsgərovun adına küçə verilməsi barədə xahiş edib. Prezident Bakıdakı küçələrdən birinə Süleyman Ələsgərovun adının verilməsi üçün göstəriş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər