Su sayğaclarının oxunması müvəqqəti dayandırılır
Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlər görülür.
“Minval.info”nun məlumatına görə, bu tədbirlərin tərkib hissəsi olaraq “Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək üçün 24.03.2020-ci il tarixindən əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılır. Bununla əlaqədar cari ayda sərf edilmiş suyun həcmi əvvəlki 12 aylıq dövrdə istifadə edilmiş orta aylıq həcmə əsasən informasiya sistemi tərəfindən avtomatik olaraq müəyyən ediləcəkdir. Sonradan sayğaca baxış keçirilərkən faktiki göstəriciyə uyğun olaraq orta sərfiyyat üzrə aparılmış hesabatlara düzəlişlər ediləcəkdir.
Eyni zamanda abonentlər təqdim etdiyimiz “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturaların formalaşdırılması” elektron xidmətindən (https://www.e-gov.az/az/login/index/?return=/az/services/read/3741/0) istifadə etməklə sayğacın faktiki göstəricisinə əsasən formalaşmış elelkron bildiriş-faktura əldə edə bilərlər.
Pilləkən qəfəsələrində, mənzillərin və həyət evlərinin xaricində quraşdırılmış sayğacların oxunması isə əvvəlki qaydada davam etdirilərək bildiriş-fakturaların abonentlərlə təmas qurmadan ünvanların girişinə yerləşdirilməsi təmin olunacaqdır.
Yaranacaq suallarla bağlı vətəndaşlar 955 saylı Zəng Mərkəzinə müraciət edə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır