09.02.2018 - 11:58
Gündəm 1 baxış

Azərbaycanda tikinti materilları ilə əməliyyat: Şöbə müdirinin başı dərddə... - FOTO

Dünəndən sosial şəbəkələrdə paylaşılan foto müzakirə predmetinə çevrilib.

Minval.info xəbər verir ki, Elmi Tədqiqat, Travmatologiya İnstitutunun, Şöbə Müdiri Rauf Ağayevin Facebook hesabındakı postu insanların narazılığına səbəb olub.

Belə ki, həkimin paylaşdığı fotoda xəstənin əməliyyat masasının üzərində uzandığı və qəribə vəziyyətdə olduğu əks edilib. Onun əməliyyatı üçün tikinti materillarından istifadə olunub. Şöbə müdiri tibb müəssisəsinin bölgələrimizdən birində yerləşdiyini bildirib və xəstəxananın adını açıqlamayıb.

Foto sosial şəbəkələrdə ciddi müzakirələrə yol açdıqdan sonra həkim Rauf Ağayev buna münasibət bildirib. O, paylaşdığı statusun zarafat olduğunu söyləyib. R.Ağayev həmçinin məsələni şişirdənləri qınayaraq etirazını bildirib.

Minval.info

 

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: