“Srvena Zvezda”nın azarkeşləri Belqradda zirehli texnika sürüblər - VİDEO
Serbiya “Srvena Zvezda”sının azarkeşləri komandanın UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsini qeyri-adi şəkildə qeyd ediblər.
“Report”un məlumatına görə, fanatlar İsveçrə “Yanq Boyz”u ilə 1:1 hesablı heç-heçə etdikləri “pley-off” mərhələsinin cavab görüşündən sonra Belqraddakı stadionun yaxınlığında zirehli texnika (BTR) sürüblər. Bundan sonra onlara komandanın futbolçuları da qoşulub. Oyunçular azarkeşlərlə birlikdə şüarlar səsləndirib və qitənin bir nömrəli klub turnirinə vəsiqəni qeyd ediblər.
Polis hadisə ilə maraqlanıb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları tankın başqaları üçün təhlükə yaratmadığı qənaətinə gəliblər. Xorvatiya mətbuatı bu aksiyanı təxribat adlandırıb. Bildirilir ki, T-55 tankı 1990-cı illərdə baş vermiş hərbi münaqişədə Yuqoslaviya ordusu tərəfindən istifadə olunub.
Qeyd edək ki, Serbiyadakı görüşdən öncə stadionun yaxınlığında klubun simvolları ilə bəzədilmiş köhnə sovet tankı peyda olub. Lakin UEFA-nın buna görə “Srvena Zvezda”ya heç bir sanksiya tətbiq etməyəcəyi bildirilir. “Srvena Zvezda” İsçevrədəki qarşılaşmada rəqibi ilə 2:2 hesablı heç-heçə etdiyi üçün səfər qolları sayəsində qrup mərhələsinə yüksəlib.
https://youtu.be/iVdmlN1_sTs
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı