Spirtli içkilərin qiyməti yenə artacaq - Aksiz vergi qaldırılır
2020-ci ildən Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içkilər, tütün məmulatları, energetik (spirtli və spirtsiz) içkilər, elektron siqaretlər üçün maye kimi aksizli mallara tətbiq edilən vergi dərəcələrinin dəyişdirilməsi nəzərdə tutulub.
Minval.info Trend-ə istinadən xəbər verir ki, bu, “Vergi Məsəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihənin 190-cı maddə ilə bağlı hissəsinə əsasən, içməli spirt, araq, tündləşdirilmiş içkilər və likyorun hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata, konyakın hər litri üçün aksiz vergisi 6 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün aksiz vergisi 2,5 manatdan 2,6 manata, adi şərabın hər litri üçün aksiz vergisi 0,1 manatdan 0,2 manata, spirtli pivənin hər litri üçün aksiz vergisi 0,2 manatdan 0,5 manata, nazik siqaretlərin 1 000 ədədi üçün aksiz vergisi 20 manatdan 31 manata, spirtli energetik içkilərin hər litri üçün aksiz vergisi 2 manatdan 2,1 manata, spirtsiz energetik içkilərin hər litri üçün aksiz vergisi 3 manatdan 3,1 manata dəyişdirilir.
Bundan başqa, 2020-ci ildən bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisinin tutulması təklif olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?