Slovakiyaya Mərkəzi Avropada yerləşən ölkədir. Dinamik inkişaf edən iqtisadiyyata malik sənaye ölkəsidir.

Minval.info xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün parlamentin payız sessiyasının plenar iclasında Slovakiyaya rəsmi səfəri haqqında deputatlara məlumat verərkən deyib.

Sahibə Qafarova deyib ki, bu Azərbaycan Milli Məclis sədrinin Slovakiyaya ilk rəsmi səfər olub: “Səfər çərçivəsində ölkənin baş naziri, Milli Şura sədri və Xarici İşlər naziri ilə danışıqlar apardıq. Slovakiyada söhbətlər zaman Azərbaycanın Avropa Birliyinə züv olan dövlətlərlə əlaqələri genişləndirməkdə maraqlı olduğunu qeyd etdim. Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol haqqında məlumat verdim”.

Spiker qeyd edib ki, rəsmi görüşləri zamanı 44 günlük Vətən müharibəsi haqqında da Slovakiya rəsmilərinə geniş informasiya verib: “Qeyd etdim ki, bu müharibə ilə Azəbaycan ərazi bütölüyünü təmin edib. Hazırda işğaldan azad olunan ərazilərdə bərpa işləri aparılır. Ermənistanın təxribatı haqqında məlumat verdim, bildirdim ki, Ermənistan işğaldan azad edilən ərazilərə təxribatçılar göndərir. Həmçinin Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu günə qədər basdırılan minalar səbəbindən 150 mülki və hərbçi vəfat edib.

Eyni zamanda Slovakiya parlamentinin Qarabağla bağlı qəbul etdiyi qərarın qəbuledilməz olduğunu ifadəe tdim. Ümidvar olduğumu dedim ki, Slovakiya parlamenti Xocalı soyqrımı məsələsinə parlamentində baxacaq”.