“Sözlə oynamağı bacarmalısan” – Namiq Məna

ARB Ulduz-un “Virtual həyat” proqramının budəfəki müsahibi meyxana ustadı Namiq Məna olub.
Yazıb pozmadan, sadəcə düşünüb bədahətən söz deməyin çətinliyindən danışan meyxanaçı, təbin gəlib gəlməməyinin insan səhnətinə də təsir etdiyini vurğuladı:
“Sözdür də, bir də görürsən ki, çalışdın, vuruşdun gəlmədi. Yəni istədiyini əldə edə bilmədim. O da artıq əsəbə çevrilir, səhhətinə ziyan etməyə başlayır. Amma sənin təbin rahat gələndə, təbin rəvan olanda, sözün bulaq kimi qaynayanda, bu, sənin səhhətində də özünü büruzə verir və sən özünü həmin an rahat hiss edirsən”.
Qafiyə xatirinə sözü əzib sözə calayanlara səslənən Namiq müəllim bədiyə deyənlərin sözlə oynamaq bacarığının yüksək səviyyədə olmalı olduğunu söylədi:
“Fitri istedad ondan ibarətdir ki, sən gördüyünü həmin dəqiqə sözlə hörməlisən. Gördüyünü ifa etməyi bacarmalısan. Biri var ki, deyir “Əlli deyək, yüz deyək, gəl gecə, gündüz deyək, Nüşabə xanımdan bir söz deyək”. Bu əlli, yüzün, gecə gündüzün Nüşabə xanımla nə əlaqəsi var? Bu çox bəsit və primitivdir. Sözlə oynamağı bacarmalısan”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"