Şoyqu və Lavrov deputat mandatlarından imtina edə bilər

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında deputat mandatlarından imtina edə bilərlər.
Minval.info xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Qeyd olunur ki, S.Şoyqu və S.Lavrov “Vahid Rusiya” Partiyasının parlament seçkilərində qələbəsindən sonra deputat mandatlarından imtina edəcəklər.
Mənbə Kommunarkadakı xəstəxananın baş həkimi Denis Protsenko və “İstedad və uğur” fondunun rəhbəri Yelena Şmelovanın da Dumaya getməyəcəklərini bildirib.
“Vahid Rusiya” Partiyasının siyahısına liderlik edən “beşlik”dən yalnız uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsovanın deputat mandatını qəbul edəcəyi bildirilib.
Qeyd edək ki, “Vahid Rusiya” Partiyası VIII çağırış Rusiya Dövlət Dumasına keçirilən seçkilərə S.Şoyqu, S.Lavrov, D.Protsenko, Y.Şmelova və A.Kuznetsovanın liderlik etdiyi partiya siyahısı ilə qatılıb. Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlara görə, seçki protokollarının 90,3 faizi hesablandıqdan sonra “Vahid Rusiya” seçicilərin 49,65 faizini toplayaraq Duma seçkilərində qələbə qazanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiya İstanbul danışıqlarında İŞTİRAK EDƏCƏK?